Hayasız Erməni keşişləri (Video)
  • Hadisə Fələstində vaş verib. Fələstində xristianların dini mərasimi zamanı müxtəlif məzhəblərdən olan rahiblər arasında toqquşma baş verib.

Fələstində xristianların dini mərasimi zamanı müxtəlif məzhəblərdən olan rahiblər arasında toqquşma baş verib. Katoliklərin, habelə pravoslavların kompakt yaşadığı və Həzrəti İsanın doğulduğu şəhər sayılan Beytləhim hər il keçirilən kilsə təmizliyi günü erməni rahiblərlə pravoslav din adamları qədim kilsə döşəməsinin silinməsi uğrunda bir-birləri ilə qızğın mübahisəyə girişib. 

 

1500 il əvvəl tikilmiş Beytləhim kilsəsi istər katolik, istər də pravoslavlar tərəfindən müştərək istifadə olunduğundan, ermənilər və yunan pravoslavlar daha çox sahəni silib-süpürmək üçün əməlli başlı mübarizəyə başlayıb. Sözləri çəp gələn rahiblər sonradan daha da azğınlaşaraq, müqəddəs evdə olduqlarını unudub, bir-birlərini əllərində olan süpürgələrlə çırpmağa başlayıb. 

Hadisə yerinə gəlmiş Fələstin polisi məsələyə müdaxilə etməli olub. Polis azğınlaşmış rahibləri ayıraraq, onların bəziləri kilsədən uzaqlaşdırıb. 

Toqquşma zamanı ciddi xəsarət alanların olmadığı bildirilir.

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.