"Mançester Yunayted" satılır
  • İngiltərənin "Mançester Yunayted" futbol klubu öz səhmlərini Nyu-York birjasına çıxarıb. Lakin satışın ilk günü gözlənilən qədər uğurlu olmayıb.

Ekspertlər məşhur futbol klubunun azarkeşlərinin səhmlərini tələsik yüksək qiymətə alacağını gözləsələr də, bu ehtimal özünü doğrultmayıb. Dünən "Mançester Yunayted" səhminin qiyməti gözlənilən 16-20 dollar arasında deyil, 14 dollar səviyyəsində qərarlaşıb.

Bir səhmə görə 14 dollar isə klubun qiymətini 2,3 milyard dollar edir. 134 yaşlı futbol klubu isə öz 8,3 milyon səhmindən 110,3 milyon dollar əldə etməyi planlaşdırır.

(FOXnews.az) Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.