Dünyanın sms "manyak"ı müəyyən edilib
  • Nyu-York şəhərində qeyri-adi çempionat təşkil olunub. SMS Çempionatının finalına çıxmağa müxtəlif ştatlardan 16-24 yaş arası 11 nəfər şans qazanıb.

3 mərhələdən ibarət olan final yarışının hər mərhələsində iştirakçılar qeyri-adi şəkildə SMS yazmalı olublar.


Bu il də müsabiqənin qalibi ötən ilki kimi, Viskonsin ştatından Ostin Veyrski qalib olub.
Veyrski əsas mükafatı - 50.000 dolları qazanıb. O, 149 işarədən ibarət mətni 39 saniyəyə mobil telefona köçürüb. Qalibin sözlərinə görə, müsabiqəyə hazırlaşmaq üçün o, dostlarına mümkün qədər çox SMS yazıb, eləcə də anasının ona dediyi cümlələri gözübağlı şəkildə yazıb. "SMS yazmaqdan xoşum gəlir, çünki bu, insanın öz fikirlərini daha səlis ifadə etməsinə kömək edir", - yarışın qalibi belə deyib.

Qeyd edək ki, Sürətli SMS yazma yarışması ABŞ-da 2007-ci ildən təşkil olunur.
(FOXnews.az) Vüsalə Telmanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.