Faiq Ağayevin 40 yaşı oldu
  • Xalq artisti ad gününü təmtəraqla qeyd etməkdən vaz keçdi. Bu gün xalq artisti Faiq Ağayevin doğum günüdür. Müğənninin 40 yaşı tamam olur.

17 yaşından səhnədə olan Faiq Ağayev 40 illik ömrünün 23 ilini sənətə həsr edib. 29 yaşında "Azərbaycanın Əməkdar artisti", 37 yaşında "Azərbaycanın Xalq artisti" adlarına layiq görülüb. İnanclara görə, 40 yaşı təmtəraqla qeyd etməyin düşər-düşməzi olduğunu deyən Faiq Ağayev ad gününü anası və doğmaları ilə birlikdə evdə keçirəcək.

Biz də xalq artisti Faiq Ağayevi ad günü münasibəti ilə təbrik edir, ona uğurlar arzulayırıq!

Qeyd edək ki, 2010-cu ilin 27 sentyabrında 6 bıçaq yarası alaraq ağır yaralanan xalq artisti bu tarixi ikinci doğum günü kimi qeyd edir. Xatırladaq ki, Faiq Balağa oğlu Ağayev 1971-cı il dekabrın 29-da Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı - 88" respublika mahnı müsabiqəsində qalib gələrək səhnə karyerasına başlayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.