İranda dörd cinayətkar edam olunub
  • İranda bir ailəni qanına qəltan edən dörd şəxs edam olunub. Bu gün İranın Qəzvin şəhərində dörd nəfər əhalinin gözü qarşısında edam olunub.

Bu barədə MEHR xəbər agentliyi məlumat verir. Məlumata əsasən, edam olmuş dörd şəxs bir ailənin dörd üzvünü qətlə yetirməkdə ittiham olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.