Qəddafini öldürənlərə mükafatı verildi
  • Liviya liderinin yaxalanmasında iştirak edən 158 nəfər İstanbulda tətilə göndərilib. Qəddafini gizləndiyi kanalizasiya borusundan tapanlar mükafatlandırılıblar.

42 illik diktatorun linç edilməsində iştirak edən 158 müxalif Milli Keçid Şurası tərəfindən Türkiyədə tətil ilə mükafatlandırılıblar. 158 nəfər 40 gün, 40 gecə İstanbuldakı lüks otellərdən birində istirahət edəcəklər.

Məlumata görə, artıq bir necə gündür İstanbulda olan qrup səhərlər şəhəri gəzir, axşamlar isə xəstəxanada müalicə edilirlər. Qrupa iki uşaq və iki qadın da daxildir. Türk mətbuatının məlumatına görə, qrup üzvləri özlərini "qladiatorlar" adlandırılar. 

Liviyalılar Fransa parlamentinin qonardma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərara da toxunublar. Onlar həmişə Türkiyənin yanında olduqlarını, Fransa prezidenti Nikola Sarkozinin də Qəddafi kimi dəli olduğunu deyiblər. 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.