Yol Polisi əhaliyə müraciət edib
  • Bakıda bayram günlərində bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq. Bölmə rəisi bayram günlərində əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Dənizkənarı Milli Parkda keçiriləcək bayram şənliklərində iştirak etmək istəyənlər Azneft dairəsi - Neftçilər prospekti boyunca hər iki istiqamətdə ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.

BDYPİ sürücülərdən xahiş edir ki, bu istiqamətdə nəqliyyat sıxlığının və tıxacların yaranmaması, yol qəza hadisələrinin baş verməməsi və hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün idarənin müraciətini nəzərə alsınlar.

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.