“Müxalifəti özümə rəqib görmürəm”
  • Putin maliyyə naziri Aleksey Kudrinin mitinqə getməsinə də açıqlama gətirib: “Mən onu ora göndərməmişəm, o, böyük oğlandı və özü gedib” – deyə bildirib.

 

Rusiyanın baş naziri Vladimir Putin onun istefasını tələb edən müxalifətçilərlə görüşmək istəmir. 

Putin 24 dekabrda Moskvada Saxara prospektində mitinq edən müxalifətçilərin ümumi platformasının olmadığını və aralarında danışılacaq heç kimin olmadığını səbəb göstərərək dialoqdan imtina edib. Bundan əlavə, əvvəllər həmişə belə dialoqlar apardığını da qeyd edib.

Baş nazir maliyyə naziri Aleksey Kudrinin mitinqə getməsinə də açıqlama gətirib: “Mən onu ora göndərməmişəm, o, böyük oğlandı və özü gedib” – deyə Putin bildirib.

Hərdən özündə də mitinqə getmək həvəsinin yarandığı vurğulayan Putin heç vaxt müxalifətlə dialoqa qarşı olmadığını deyib.

“Mitinqdə çıxış edənlərdən kiminləsə görüşə bilərsinizmi?” sualına “mən heç bilmirəm ki, o mitinqdə kim iştirak edib” cavabını verib.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.