Sərnişin avtobusu ağaca çırpıldı
  • Hadisə Nizami rayonunda baş verib. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ”Praqa” restoranı yaxınlığında baş verib.

25 saylı xətt üzrə işləyən “Daewoo” markalı avtobus idarəetməni itirərək ağaca çırpılıb.
Qeyd edək ki, hazırda hadisə yerinə polis və təcili yardım cəlb edilib. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.