Həyat yoldaşı: “Elçibəyin məzarının açılmasına icazə verməyəcəyik”
  • “Əbülfəz Elçibəyin zəhərlənməsi barədə iddialara münasibət bildirmək istəmirik”. Bunu açıqlamasında eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva bildirib.

O, ailəsinin bu məsələ ilə bağlı mövqeyini də açıqlayıb: “Ailəmizin yekdil mövqeyi bundan ibarətdir ki, heç bir halda Elçibəyin məzarının açılmasına icazə verməyəcəyik. Tutaq ki, zəhərlənmə faktı təsdiqləndi, bunun məsuliyyəti kimin boynuna qoyulacaq?”

H. Əliyeva hazırda Bakıda olmadığı üçün Elçibəyin adı ətrafında Fazil Qəzənfəroğlu və Xanım Xəlilova arasındakı mübahisədən xəbərsiz olduğunu söyləyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.