Şəhriyar Hacızadənin atası: “Getmək istəyirdik, amma İran buraxmadı”
  • İranda həbs olunan şair Şəhriyar Hacızadənin atası Mayıl Hacızadə oğlunun məhkəmə prosesinin növbəti dəfə təxirə salınması ilə bağlı açıqlama verib.

M.Hacızadə viza rejimi ilə əlaqədar Təbrizə gedə bilmədiyini deyərək, övladını görmək üçün carəsizlikdən sentyabra kimi gözləyəcəyini deyib. Onun sözlərinə kimi, İran tərəfi hər dəfə müxtəlif bəhanələrlə məhkəmə prosesini uzatmağa çalışır.

“Yenə də hökm oxumadılar, müxtəlif səbəblərdən məhkəməni təxirə saldılar. Biz bu dəfə İrana gedə bilməmişdik. Daha doğrusu getmək istəyirdik, amma vizaya görə bizi buraxmadılar. Təbrizdə konsulluğun nümayəndəsindən xahiş etmişdik ki, bizə bir məlumat versinlər. Onlar bu gün zəng edib dedilər ki, proses yenə təxirə salınıb. Əlimizdən artıq nə gəlir ki? Viza rejimi ləğv olunandan sonra sentbayrın əvvəli yenidən İrana gedəcəyik”, - deyə M.Hacızadə bildirib. Şəhriyarın səhhətində heç bir problemin olmadığını deyən M.Hacızadə övladı haqda məlumat almaq üçün Azərbaycanın Təbrizdəki konsulluğu ilə əlaqə saxladığını vurğulayıb: “Konsulluqla tez-tez əlaqə saxlayıram. Şükür Allaha övladımın səhhəti normaldır, heç bir problemi yoxdur. İnanıram ki, oğlumun günahsızlığı aşkar olacaq və azadlığı buraxılacaq. Biz bu günün arzusuyla yaşayırıq”.

Qeyd edək ki, Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar. Şairlərin ilk məhkəməsi avqustun 7-də keçirilmişdi. Onlar dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunublar. Avqustun 22-də  məhkəmə Azərbaycan vətəndaşlarına hökm oxumalı olsa da proses yenə təxirə salınıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.