Dünyanın ən nüfuzlu qadını o seçildi (SİYAHI)
  • Nüfuzlu “Forbes” jurnalı dünyanın ən nüfüzlu qadınlarının siyahısını açıqlayıb. 100 nəfərin daxil olduğu siyahıda ilk pilləni Almaniya kansleri Angela Merkel tutur.

Xatırladaq ki, Merkel artıq bir neçə ildir ki, siyahının ilk pilləsini əlində saxlayır.

“Qafqazinfo” siyahıda ilk 10-luğa düşmüş qadınları sizə təqdim edir.

Siyahıda 2-ci yeri ABŞ dövlət katibi Hilari Klinton tutur. 

3-cü pillədə isə Braziliya prezidenti Dilma Ruself qərarlaşıb. O, 2010-cu ildə keçirilən prezident seçkilərində qalib gəlib.

Siyahıda 4-cü pillədə Melinda Gates qərarlaşıb. Melinda “Microsoft” kompaniyasının keçmiş rəhbəri Bill Gatesin həyat yoldaşıdır. 

5-ci pillədə isə Cill Abramson yer tutub. 

Nüfuzlu qadınlar siyahısında 6-cı pilləni Sonia Qandi yerləşir. Xanım siyasətçi Hindistandakı siyasi fəaliyyətinə görə, bu pilləni tutub.

“Forbes” jurnalının siyahısında 7-ci yeri isə ABŞ prezidentinin xanımı Mişel Obama tutub.

8-ci pillədə Ümumdünya Bankının rəhbəri. Fransalı Kristen Laqardqərarlaşıb.

9-cu İtaliya prezidenti Corcia Napalitanonun həyat yoldaşı Canet Napalitanotutub.

Siyahının 10-cu pilləsində isə “Facebook” sosial şəbəkəsinin direktorlar kabinetinin üzvü Şeril Sandberq tutub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.