Medvedev Gürcustana getsə həbs olunacaq
  • O, Gürcüstanın dövlət sərhədini pozmaqda suçlanır. Gürcüstan Xarici Işlər Nazirliyi Rusiynın baş naziri Medvedevi dövlət sərhəddini pozmaqda suçlayıb.

Yenises.ru-nun “Novosti Qruziya”ya istinadən verdiyi xəbərə görə Rəsmi Tbilisi hesab edir ki, qanun Medvedevin Sxinvaliyə səfəri zamanı pozulub.

“Rusiyanın baş naziri 8 avqusta qanunsuz olaraq Gürcüstan müstəqil dövlətinin sərhədindən keçib və işğal edilmiş Sxinvali regionuna səfər edib”, - deyə Gürcüstan XIN-yi təsdiq edib. Orada söhbətin Gürcüstanın “işğal olunmuş torpaqlarından” getdiyi göstərilir.

Gürcüstanda “Işğal olunmuş ərazilər” haqqında qanun 2008-ci ilin payızında, avqust müharibəsi zamanı Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılıb Rusiyaya keşməsindən sonra qəbul olunub. Rəsmi Tbilisi bu əraziləri Gürcüstanın itirilmiş və “Rusiya tərəfindən işğal edilmiş” hissəsi hesab edir.

Bu qanuna görə Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyaya keçmək qadağandır. Yəni bura Gürcüstandan keçib getmək lazımdır. Qanunu qozanları cərimə və azadlıqdan məhrumetmə cəzası gözləyir. Təbii ki, həmin adam Gürcüstana gələrsə.

Onu da qeyd edək ki, Rusiya Xarici Işlər Nazirliyi bu qanuna qarşı çıxaraq onu tənqid etmişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.