ŞOK! 17 yaşlı yeniyetmə anası yaşında qadını zorladı
  • Ağcabədi rayonun Kəhrizli kənd sakini, 17 yaşlı T. Ç. kəndin yaxınlığındakı pambıq sahəsində həmkəndlisi, 42 yaşlı Z. S. zorlayıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Z. S. kənddə Qaynama deyilən yerdən su gətirərkən, T. Ç. onun qarşısını kəsib.

T. Ç. 42 yaşlı qadını pambıq sahəsinə sürüyərək, orada onunla zorla cinsi əlaqədə olub. Yetkinlik yaşına çatmayan oğlanın cinsi zorakılığına məruz qalan Z. S. Ağcabədi rayonunun hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında T. Ç. Həbs edilib.

T. Ç. Ilkin ifadəsində törətdiyi əməli etiraf edib. T. Ç. törətdiyi əməli etiraf etməsi, etyni zamanda zərərçəkmişin ifadəsi və şahid ifadələri və iş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında cinayət əməli tam sübuta yetirilib.

T. Ç. barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlayıb və cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə araşdırması başlayacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.