XiN rəhbəri Misir səfirini qəbul edib
  • Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Saber Abdelkader Mansourunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla Misir arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib, Saber Abdelkader Mansoura gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir ölkəmizdə işlədiyi dövrdə Misirlə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.