Şimali Koreya diktatoru uşaq oyuncaqları alıb
  • Kim Çen Inın 150 min avro dəyərində uşaq əşyaları alıb. Alınan əşyalar arasında geyimlər, oyuncaqlar, uşaq üçün çarpayı, beşik və sair bahalı ləvazimatlar olub.

Qeyd edək ki, mətbuatda Kim Çen Inın həyat yoldaşı Li Sol Judan hələ 2010 –cu ildə uşağının olması ilə bağlı xəbərlər yayılmışdı.

Qəzet Koreya liderinin digər xərclərindən də bəhs edib. Belə ki, Kim Çen Inın ev saunası üçün alman və Finlandiya istehsalı olan ləvazimatlar sifariş verdiyi deyilir. Bundan başqa, Avropadan Kanvondo əyalətində xizək kurortunun tikintisi üçün də materiallar gətirilib. Lakin nəşr qeyd edir ki, kurort ancaq yüksək vəzifəlilərin istifadəsi üçün nəzərdə tutulub. 

Nəşr, eyni zamanda ölkə lideri üçün İngiltərə istehsalı və dəyəri 10 milyon dollar olan iki gəminin də alındığını yazıb. Hazırda Çində saxlanılan bahalı ləvazimatların BMT sanksiyalarına görə ölkəyə buraxılmasına icazə verilmədiyi qeyd olunur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.