Bakıda qadınların tiryəkxanası aşkarlandı
  • Avqustun 23-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində tiryəkxana aşkarlanıb. Qadınlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülüb.

 

Məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Aynurə Məmmədovaya məxsus mənzilin tiryəkxana kimi istifadə olunması müəyyən edilib.

Mənzilə baxış keçirilib. Evdə olan Bakı şəhər sakinləri Səidə İmanova, Çinarə Məmmədova və Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, Xətai RPİ tərəfindən axtarışda olan Xatirə Ələkbərova tutulub. Qadınlardan ümumilikdə 3,057 qram heroin aşkar edilərək götürülüb.

Sabina Əsədova

(Lent.az)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.