Messi dünyanın bombardiri sayıldı
  • İspaniyanın “Barselona” klubunun futbolçusu Messi 2011-ci ilin yekununda yığma və qitələrarası kubok turnirlərindəki oyunlara əsasən ən yaxşı bombardir sayılıb.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rəsmi saytının verdiyi məlumata görə, argentinalı hücumçu hesabat dövründə İFFHS-in qeydə aldığı yarışlarda 19 qol vurub. 

Bunlardan 4-ü yığmada, 15-i isə Çempionlar Liqasında qeydə alınıb. İkinci yeri 2010-2011-ci il mövsümündə Avropa Liqasının ən yaxşı bombardiri Radamel Falkao tutub. Kolumbiyalı hücumçunun hesabında 17 (4+13) qol var. 3-cü yeri isə 16 (10+6) qolla iordaniyalı Həssən Abdel Fəttah tutub. 

Qeyd edək ki, 2010-cu ildə dünya futbolunun bombardiri adına hazırda Rusiya “Anji”sində çıxış edən kamerunlu hücumçu Samüel Eto O və küveytli forvard Bader Əl-Mütəva layiq görülüb. Onlar hərəyə 17 qol vurublar.

(lent.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.