"Qalatasaray" rəqiblərini tanıdı
  • Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma zamanı bütün komandalar öz rəqibləri ilə tanış olublar.

Püşkatma zamanı turnirdə mübarizə aparacaq 32 komanda 4 səbətə bölünüb. Qeyd edək ki, bütün komandalar səbətlərdə reytinq xalına uyğun olaraq yerləşdirilib. Püşkün yekununa görə isə bütün iştirakçı komandalar 8 qrupa bölünüblər.
Türkiyənin ÇL-dəki yeganə təmsilçisi "Qalatasaray" da bu gün rəqiblərini tanıyıb. Azərbaycanda da kifayət qədər azarkeşi olan "Cim-Bom"un hansı qrupa düşəcəyi maraqla gözlənilirdi. İstanbul klubu "Mançester Yunayted", "Braqa" və ÇFR (Kluj) klubları ilə eyni qrupda mübarizə aparacaq.
A qrupu: "Porto" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna), PSJ (Fransa), "Dinamo" (Zaqreb, Xorvatiya).
B qrupu: "Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Monpelye" (Fransa).
C qrupu: "Milan" (İtaliya), "Zenit" (Rusiya), "Anderlext" (Belçika), "Malaqa" (İspaniya).
D qrupu: "Real" (Madrid, İspaniya), "Mançester Siti" (İngiltərə), "Ayaks" (Hollandiya) , "Borussiya" (Dortmund, Almaniya).
E qrupu: "Çelsi" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Yuventus" (İtaliya), "Nordsyelland" (Danimarka).
F qrupu: "Bavariya" (Almaniya), Valensiya" (İspaniya), "Lill" (Fransa), BATE (Belarus).
G qrupu: "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Spartak" (Moskva, Rusiya), "Seltik" (Şotlandiya).
H qrupu: "Mançester Yunayted" (İngiltərə), "Braqa" (Portuqaliya), "Qalatasaray" (Türkiyə), ÇFR (Rumıniya).

Vüsalə Telmanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.