İrana gedənlərə şad xəbər var
  • Bu gündən Azərbaycan vətəndaşların İrana gediş-gəlişi vizasız baş tutacaq. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

"Azərbaycan vətəndaşları artıq bu gündən İrana əvvəlki qaydada vizasız gedib-gələ bilərlər", - Abbas İsgəndəri deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunmuşdu.

Azərbaycan və İran arasında viza rejimi 2010-cu ilin fevral ayından ləğv olunub.

Jalə Suleymanqızı

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.