Ermənistan hakimiyyəti Ramil Səfərovun ekstradisiya olunacağını bilirmiş
  • Ermənistan hakimiyyəti avqustun 20-dən Ramil Səfərovun Azərbaycan ekstradisiya ediləcəyindən xəbərdar imiş.

Bu barədə Macarıstanda fəaliyyət göstərən erməni qeyri-hökumət təşkilatlarınında birinin vitse-prezidenti Aleks Avanesyan xəbər verib.

“Biz Macarıstanın Ramil Səfərovun vətəninə ekstradisiya olunacağı barədə məlumatlı idik. Bu haqda Ermənistanın Macarıstandakı səfirliyinə və Ermənistan Diaspora Nazirliyinə məlumat vermişdik”, - deyə Aleks Avaresyan bildirmişdi.

Xatırladaq ki, ötən gün Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.

Jalə Suleymanqızı

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.