Hərbçilər yol qəzasına düşüb
  • Azərbaycan Daxili Qoşunlarının hərbçiləri yol qəzasına düşüblər. Hadisə yanvarın 1-dən 2-nə keçən gecə Oğuz rayonu ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Maarif Səftər oğlu Əhmədəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Alim İsa oğlu Xəlilov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Qəzada həlak olan şəxslərin hər ikisi Daxili Qoşunların Şəki rayonunda yerləşən “N” saylı hərbi hissəsinin hərbi qulluqçularıdır. Hər iki hərbi qulluqçu baş gizir hərbi rütbəsini daşıyıb.

(APA)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.