İlhamə Quliyevanın vəziyyəti necədir?
  • Dünən "Xəzər TV"nin əməkdaşları Mərkəzi Neftçilər xəstəxanasında ürəyindən əməliyyat olan Respublikanın Xalq Artisti xanım İlhamə Quliyevanı ziyarət ediblər.

Xalq artistinin səhhətinin müsbətə doğru getdiyi müşahidə olunub. Xanım İlhamə Quliyeva özünü gümrah hiss etdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.

“Əgər bu gün mən həyatda varamsa bu xalqımın mənə dilədiyi duaların sayəsindədir” deyən  İlhamə xanım ürək dolu təşəkkürlərini xalqa çatdırıb.

Biz də öz növbəmizdə xalq artistimizə can sağlığı arzulayırıq və gözəl səsiylə onu sevənlərini, pərəstişkarlarını, xalqını yeni-yeni mahnılarıyla sevindirməsini diləyirik.

Jalə Suleymanqızı

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.