İlham Əliyev sərəncam imzalayıb
  • Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmanlar imzalayıb.

Fərmanlara əsasən, hər iki nazirliyin Əsasnaməsi “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na uyğunlaşdırılıb.

Hər iki nazirliyin Əsasnaməsinə “uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir” və “Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır” bəndləri əlavə edilib.

 

Jalə Suleymanqızı

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.