Tanınmış meyхanaçı əməliyyat üçün Türkiyəyə yollanacaq
  • Hazırda «Azərsu» Tikinti Xəstəxanasında müayinə olunan meyxanaçı səhhəti ilə əlaqədar eksklüziv olaraq «Olaylar»a danışıb.

Tanınmış meyxanaçı Elşən Xəzərin səhhəti qəflətən pisləşib. Hazırda «Azərsu» Tikinti Xəstəxanasında müayinə olunan meyxanaçı səhhəti ilə əlaqədar eksklüziv olaraq «Olaylar»a danışıb: «Dünən mədəaltı vəzimdə qəflətən ağrı hiss etdim. Ağrı birdən-birə şiddətləndi və mən «Azərsu» Tikinti Xəstəxanasına müayinə üçün gəldim. Burada çox güclü bir həkim var. Əgər məsləhət bilsə burada əməliyyat olunacağam. Hələ 2-3 gün burada qalmalıyam. Əgər məsləhət bilməsələr fikrim var ki, Türkiyəyə yollanım. İrana getmək fikrim də var. Allah eləsin elə Bakıda qalası olum».

Hazırda yeni albom üzərində işlədiyini deyən meyxanaçı səhhəti ilə əlaqədar yaradıcılığına fasilə verəcəyini bildirdi: «Yeni albom hazırlamışdım. Amma elə oldu ki, qəflətən halım pisləşdi. Səhhətim yaxşılaşandan sonra albomu geniş tamaşaçı auditoriyasına təqdim edəcəyəm».

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.