Türkiyənin kino aktyoru vəfat etdi
  • Qəfildən halı pisləşən 64 yaşlı Hamit Haskabal xəstəxanada dünyasını dəyişib. Türkiyənin "Yeşilçam" kinematoqrafiyasının tanınmış aktyorlarından biri olan Hamit Haskabal vəfat edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, bir gün əvvəl aktyorun evdə qəfildən halı pisləşib və xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1947-ci ildə Konya şəhərində dünyaya gələn Hamit Haskabal 50-yə yaxın filmdə və serialda çəkilib. Aktyor "Hababam sınıfı" (3 film), "Maskeli beşler" (3 film), "Sakar Şakir" və s. məşhur filmlərdə rol alıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.