Bulvarda intihar cəhdinin təfərrüatı
  • Dənizkənarı Milli Parkda intihara cəhd göstərən şəxsin kimliyi və hadisənin təfərrüatları bəlli olub. İntihara cəhd edən şəxs Pərviz Mikayılov Zaqatala sakinidir.

Qeyd edək ki, bu gün saat 13 radələrində P. Mikayılov Dənizkənarı Bulvardakı Paraşüt qülləsinin yarısına qədər qalxaraq, oradan özünü atacağını bildirib. Onun qülləyə necə çıxmasına gəlincə, ərazidəki mühafizəçilərin sözlərinə görə, qüllənin aşağı hissəsində aparılan təmirlə əlaqədar qapı açıq olub və vətəndaş fürsətdən istifadə edərək qülləyə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib, FHN-in psixoloqu P. Mikayılovla söhbət etmək üçün qülləyə qalxıb. Hadisə yerinə P. Mikayılovun ailəsi, həyat yoldaşı və uşağı da gəlib. Qüllədə olarkən P. Mikayılov biləyini bir neçə yerdən kəsərək psixoloqun ona yaxınlaşmasına mane olub.

FHN psixoloqu sonda P. Mikayılovun intihar fikrindən daşındıra bilib və onu qüllədən endirməyə nail olub.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.