Ağır qəza: 2 ölü, bir neçə yaralı
  • Bu gün saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində 3 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daş Dövlət Yol Polis İdarəsindən yayılan məlumata görə, hadisə zamanı “VAZ 2106” markalı 24 BA 148 dövlət nömrə nişanlı maşını avtomobil daşıyan yük maşını ilə toqquşaraq qarşıdan gələn “QAZ-31” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hadisə yerində iki nəfər həlak olub, bir neçə nəfər ağır yaralanıb. Baş verən qəza yolun 1 saata qədər bağlanmasına səbəb olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.