Bakıda polis bölməsinə basqın olub
  • Azərbaycanda polis bölməsinə basqın olub, iki polis zabiti xəsarət alıb. Bakıda polis bölməsinə basqın olub. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

 

Hadisə ötən gecə qeydə alınıb. Sərxoş vəziyyətdə olan naməlum şəxs əlində bıçaqla Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gələrək növbədə olan polis əməkdaşlarını hədələyib. Sərxoş şəxs onun əlindən bıçağı almaq istəyən iki polis əməkdaşına xəsarət yetirib. Nəticədə polis zabitləri Seyfəddin Ağayev və Tural İbrahimov xəsarət alıb. Sonda sərxoş şəxs zərərsizləşdirilib və həbs edilib.

Araşdırmalar zamanı polisə hücum edən şəxsin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Zaur Ələkbər oğlu Məmmədov olduğu müəyyənləşib. O, xalası oğlunun həbsinə etiraz olaraq bu addımı atdığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Hal hazırda "Xəzərxəbər"in əməkdaşı hadisə yerinə gedir.

Aynur Cəfərova

(FOXnews.az)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.