ŞOK! Bakıda fəhlələr şirkətdən 160 min manat oğurladı
  • Nizami rayonunda yerləşən, Fransa vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu “Azərsix” MMC-dən qapını sındırma yolu ilə içərisində 160 min manat olan seyf oğurlanıb.

Bakıda şirkətdən 160 min manat pul oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən FOXnews.az-a verilən məlumata görə, sentyabrın 10-a keçən gecə Nizami rayonunda yerləşən, Fransa vətəndaşı Lieve Van Sendenin rəhbəri olduğu “Azərsix” MMC-dən qapını sındırma yolu ilə içərisində 160 min manat olan seyf oğurlanıb.

DİN BCAİ, Bakı Şəhər BPİ CAİ, Nizami RPİ CAŞ, NMB və 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin şirkətdə fəhlə işləyənlər - Gədəbəy rayon sakini Şamil Ələkbərov, Bakı şəhər sakinləri Vüsal Əlifov və Telman Mustafayev sentyabrın 10-da yaxalanıblar.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.