Bakıda barda qan töküldü
  • Paytaxt ərazisində yerləşən barda qan tökülüb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Q.Qarayev prospektində yerləşən barda naməlum şəxs bıçaqla Bakı şəhər sakini Şamil Qibeyevi yaralayıb.

Qarın və bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Orxan Məmmədov sentyabrın 10-da tutulub.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.