İranda "Qara Əqrəb" ləqəbli şəxs edam olunub
  • Bu gün səhər İranın paytaxtı Tehranın Savalan meydanında "Qara Əqrəb" ləqəbli şəxs əhalinin gözü qarşısında edam olunub. Bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, Sadiq Muradi adlı bu şəxs Tehran əyalətinin 79 saylı məhkəməsinin qərarı ilə edama məhkum olunub. O, 2008-ci ildə Tehran şəhərinin cənubunda bir qadını oğurlamağa cəhd edərkən polis tərəfindən yaxalanmışdı.

2009-cu ildə isə 30-dan çox qadın və qıza qarşı zor tətbiq etməkdə, zorlamaqda, onların mallarını oğurlamaqda ittiham olunaraq edama məhkum olunmuşdu.

Apelyasiya məhkəməsi onun edam hökmünü həbs qətimkana dəyişsə də, sonradan Muradi İran KİV-lərinin səs-küyü və hadisə qurbanlarının etirazına görə 2011-ci ildə Tehran məhkəməsinin qərarı ilə yenidən edama məhkum olunub.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.