Rəqsanə haqda cinayət işi qaldırıldı
  • Rəqsanə yenə işə düşüb. Suraxanı rayon prokurorluğunda müğənniyə qarşı Cinayət Məcəlləsinin 178.2.2(dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Müğənninin həbs olunmaq təhlükəsi var.

FOXnews.az-ın məlumatına görə Suraxanı rayon Polis İdarəsində onun barəsində dələduzluq və xeyli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi açılıb. Fakt üzrə 4 nəfər zərərçəkmiş var. Həmin şəxslər müğənninin keçmiş sevgilisi Faiq Azayev, keçmiş prodüseri Təranə Səmədova və digər 2 nəfərdir. Əldə etdiyimiz məlumata görə müğənninin F. Azayevə 200.000 manat, T. Səmədovaya 27.000 manat məbləğində borcu var. Müğənni pulu onların etibarını qazanaraq alıb və qaytarmayıb. R. İsmayılova digər 2 nəfəri isə işə düzəltmək adı ilə aldadıb. Hazırda istintaq davam edir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.