Bakıda satıcı müştərinin qanını tökdü
  • Bakının Xətai rayonu ərazisində qətl törədilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, İnqilab İsmayılov küçəsi 11 ünvanında fəaliyyət göstərən tikinti materialları mağazasına gələn iki müştəri mağazanın satıcısı ilə mübahisə edib.

Mübahisə sonda davaya çevrilib. Mağazanın satıcısı, 17 yaşlı Elməddin Dünyamalıyev müştəri, 27 yaşlı Elməddin Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Hadisə yerinə rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları gəlib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.