Həbsxanaya şirniyyatın içərisində narkotik keçirmək istəyiblər (FOTO)
  • Azərbaycanda cəzaçəkmə müəssisəsinə şirniyyatın içərisində narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

FOXnews.az-ın məlumatına görə bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumat verilib. 11.09.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qərib Qəhrəman oğlu Əliyevə vətəndaş Cəlal Əbdüləli oğlu Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman keks şirniyyat məmulatının içərisindən ümumi xalis çəkisi 13,458 qram narkotik vasitə olan "Tiryək" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.