Türkiyədən böyükhesablı qələbə (VİDEO)
  • DÇ-2014-ün Avropa zonası üzrə seçmə oyunları davam etdirilib. Milli komandamızın yer aldığı F qrupundakı 3 oyundan başqa bu gecə qitə arenalarında daha 21 qarşılaşma tutub.

Seçmə mərhələyə Hollandiya məğlubiyyəti ilə başlayıb xəyal qırıqlığı yaradan Türkiyə bu dəfə evdə meydana çıxıb. Qardaş ölkə yığması AVRO-2012-nin play-off mərhələsində uduzub, turnirdən kənarda qalan Estoniyanı sınağa çəkib. Oyun Türkiyənin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 44-cü dəqiqədə Emre Belezoğlu açıb. 60-cı dəqiqədə Umut Bulut, 15 dəqiqə sonra Selcuk İnan fərqlənib.

İlk oyununda evdə Belarusu yenən Gürcüstan yenə doğma meydanda oynayıb. Qonşu ölkə yığması bu dəfə son dünya və Avropa çempionu İspaniya qarşısında imtahan verib. 87 dəqiqədə gürcülərin müqavimətini qıra bilməyən ispanlar sona 3 dəqiqə qalmış Roberto Soldadonun qolu ilə qələbəni bayram edib.

Ermənistan yığması uduzub. Düşmən ölkə təmsilçisi səfərdə Bolqarıstana yenilib – 0:1.

Gecənin ən böyük hesabı San Marinoda qeydə alınıb. “Cırtdan ölkə” yığması Çernoqoriyaya 0:6 hesabı ilə uduzub. Serbiya evdə Uelsi 5:1, Rumıniya Andorranı 4:0 hesabı ilə yenib.

Avropanın aparcı yığmalarından İngiltərə Ukrayna ilə ev oyununda xal itirib – 1:1. İtaliya evdə Maltanı 2:0, Fransa Belarusu 3:1, Almaniya səfərdə Avstriyanı 2:1, Hollandiya Macarıstanı 4:1 hesabı ilə məğlub edib.

DÇ-2014
Ceçmə mərhələ
11 sentyabr

A qrupu
Serbiya – Uels 5:1
Qollar: Aleksandr Kolarov, 16. Zoran Toşiç, 24. Filip Dyuriçiç, 39. Dusan Tadiç, 55. Branislav İvanoviç, 80. Miralem Suleymani, 90 – Qaret Bale, 31.

Belçika – Xovatiya 1:1
Qollar: Guillaume Gillet, 45 – İvan Perisiç, 6.

Şotlandiya – Makedoniya 1:1
Qollar: Kenni Miller, 43 – Nikolke Noveski, 11.

B qrupu
Bolqarıstan – Ermənistan 1:0
Qol: Stanislav Manolev, 43.

İtaliya – Malta 2:0
Qollar: Mattia Destro, 5. Federiko Peluso, 90+2.

C qrupu
Avstriya – Almaniya 1:2
Qollar: Zlatko Yunusoviç, 57 – Marko Reus, 44. Mesut Özil, 52-pen.

İsveç – Qazaxıstan 2:0
Qollar: Rasmus Elm, 37. Markus Berq, 90+4.

D qrupu
Türkiyə – Estoniya 3:0
Qollar: Emre Belezoğlu, 44. Umut Bulut, 60. Selcuk İnan, 75.

Rumıniya – Andorra 4:0
Qollar: Qabriel Torje, 29. Kostin Lazar, 44. Valerika Qaman, 90+1. Aleksandru Maksim, 90+3.

Macarıstan – Hollandiya 1:4
Qollar: Balaş Dzsudzsak, 7 – Jeremain Lens, 4; 53. Bruno Martins İndi, 19. Klaas Jan Huntelaar, 74.

E qrupu
Cənubi Kipr – İslandiya 1:0
Qol: Konstantinos Makridis, 57.

Norveç – Sloveniya 2:1
Qollar: Markus Henriksen, 26. Con Arne Riise, 90+4-pen – Marko Suler, 17.

İsveçrə – Albaniya 2:0
Qollar: Herdan Şaqiri, 22. Gökhan İnler, 68-pen.

G qrupu
Bosniya və Herseqovina – Latviya 4:1
Qollar: Zvezdan Misimoviç, 12-pen; 54. Miralem Pyaniç, 44. Edin Dzeko, 90+2 – Kaspars Qorkss, 5.

Slovakiya – Lixtenşteyn 2:0
Qollar: Marek Sapara, 36.

Yunanıstan – Litva 2:0
Qollar: Sotirios Ninis, 55. Konstantinos Mitroglou, 72.

H qrupu
San Marino – Çernoqoriya 0:6
Qollar: Luka Corceviç, 24. Fatoş Beçiray, 26; 51. Elsad Zverotiç, 59. Andriya Delibasiç, 78; 82.

Polşa – Moldova 2:0
Qollar: Yakub Blaşikovski, 36-pen. Yakub Vavrinyak, 81.

İngiltərə – Ukrayna 1:1
Qollar: Frank Lempard, 87-pen – Yevgeni Konoplyanka, 38.

İ qrupu
Gürcüstan – İspaniya 0:1
Qol: Roberto Soldado, 86.

Fransa – Belarus 3:1
Qollar: Etyenn Kapoue, 49. Kristof Jallet, 68. Frank Riberi, 80 – Anton Putsila, 72.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.