“Mercedes” ağaca çırpıldı: 2 ölü
  • Bu gecə Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı ağaca çırpılıb.

FOXnews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Mustafayev Tərlan Abduləli oğlu və sərnişin, 1992-ci il təvəllüdlü Mustafayev Rəhman Rahim oğlu hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər müvafiq qaydada avtomobildə sıxılmış vəziyyətdə qalmış T.Mustafayevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.