Azərbaycanın Abşeron rayonunda silahlı insident olub, bir nəfər güllələnib
  • Abşeronda silahlı insident olub. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

FOXnews.az-ın məlumatına görə 1əsəbə sakini, əvvəllər məhkum olunmuş Vasif Musayev xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq, həmyerlisi Şahlar Mustafayevə ayaq nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Ş.Mustafayev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Musayev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.