ŞOK! Azyaşlı qaçqın qızlar pulla satın alınır
  • Suriyada 18 aydır ki, davam edən münaqişədən qaçaraq qonşu ölkələrə sığınan suriyalı qaçqınların vəziyyəti gün keçdikcə pisləşir.

 

Bəzi ərəb köşə yazarları qonşu ölkələrə qaçan suriyalı azyaşlı və gənc qızlar barədə şok faktlar yazıblar. Belə ki, çoxlu sayda xeyli yaşı olan zəngin ərəb pul qarşılığında İordaniya, Livan və Türkiyədəki qaçqın düşərgələrində yaşaya suriyalı qızlarla evlənib.

İddialara görə, ailənin basqısıyla evləndirilənlər arasında yaşı 15-dən də az olan qızlar var. İngiliscə nəşr olunan “The National” ərəb qəzetinin məlumatına görə, zəngin ərəblər suriyalı qaçqınların çətin şəraitindən istifadə etməyə çalışır. Qəzetdə həmçinin suriyalı qadınların qaçqın düşərgələrində cinsi istismara məruz qaldığı da bildirilib.

“El Kuds” qəzetinin baş redaktoru Abdulbari Atvan da suriyalı qaçqınların çətin şəraitindən istifadə edən ərəb varlılarına sərt sözlər deyib: “Fərqli ölkələrdən yaşlı adamlar düşərgələrdəki 15 yaşdan aşağı qızlarla evlənir. Kiçik yaşdakı qızlarla evlənmək zorlamağın bir növüdür və buna dərhal son qoyulmalıdır. Bu işləri görən vicdansızlar da dərhal məhkəmə qarşısına çıxarılmalıdır”.

Sabina Əsədova

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.