İttihama görə, bu ilin iyunun 15-də Bakının Qaradağ rayon sakini, 21 yaşlı Toğrul Kərimli Bibiheybət qəsəbəsində öldürülüb. Üzərində çoxsaylı bıçaq xəsarəti olan meyit dənizin sahilində aşkarlanıb.
Qətlin 22 yaşlı paytaxt sakini Elnur Cahangirli tərəfindən öldürüldüyü müəyyən edilib. Elnur Cahangirli Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Məhkəmədə ifadə verən Elnur Cahangirli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Toğrul Kərimli ilə “Facebook” sosial şəbəkəsində tanış olublar və yazışıblar.
Onun sözlərinə görə, söhbətlərin birində onların sözü çəp gəlib və bir-birilərini söyüblər. Bundan sonra gənclər dəniz kənarında görüşərək mübahisələrini həll etməyi qərara alıblar: “Biz Bibiheybət qəsəbəsində dəniz kənarında görüş təyin etdik və təyin etdiyimiz vaxt həmin yerə gəldik. Orada aramızda yaranan mübahisə daha da qızışdı. Buna görə də özümdə olan bıçaqla onu vurdum”.
Elnur Cahangirli qeyd edib ki, onların arasında olan mübahisə zamanı Toğrul Kərimli onu təhqiredici ifadələr işlədib. O, törətdiyi əməldən peşman olduğunu bildirib. Məhkəmə davam edir.
- Bakı (Abşeron)
...°C
HAVA sözünü 9033-ə göndərin, BİR AY müddətində HƏR GÜN hava proqnozunu mobil telefonunuza alın! Proqnoz regionları da əhatə edəcək.
Əlaqə telefonu — (012) 511-5006
Azercell-dən SMSim.AZ Xidməti
Rusiyanının növbəti qurbanı kim olacaq?
Bizi Facebookda izləyin
Bizi Twitterdə izləyin
Твиты пользователя @foxnewsaz
Bizi Google+da izləyin
Moldova
Belarusiya
Qazaxıstan
Türkmənistan
Özbəkistan
Pribaltika ölkələri
Skandinaviya ölkələri
Yaponiya
Azərbaycan
Türkiyə
Belarusiya
Qazaxıstan
Türkmənistan
Özbəkistan
Pribaltika ölkələri
Skandinaviya ölkələri
Yaponiya
Azərbaycan
Türkiyə
ŞOK TƏFƏRRÜATLAR "Face"də tanışdı, öldürdü
← Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTER və FACEBOOK hesablarımıza üzv olun.
-
- Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Elnur Cahangirlinin cinayət işi üzrə məhkəmə başlayıb.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.