Metyu Brayza Azərbaycanı tərk edib
  • Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib. Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Sterlinq icra edəcək.

Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.

Xatırladaq ki, Senat M. Brayzanı səfir vəzifəsinə təsdiqləməyib. Səfir dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, səfir vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın 3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq.

Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterlinq icra edəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.