AzTV-dən canlı yayımdakı söyüşlərə (Reaksiya)
  • Portuqaliya – Azərbaycan oyununda futbolçularının bir-birlərini ağır söyüşlərlə təhqir etdiyi barədə məlumatı sizlərə çatdırmışdıq.

Bu barədə Fanat.Az saytı məlumat yayıb. Məsələ bağlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Xatirə Qasımova sayta açıqlama verib. O, açıqlamasında AzTv-nin yayılan söyüşlərə görə məsuliyyət daşımadığını qeyd edib: “Düşünürəm ki, burada nə kanalın, nə də şərhçilərin heç bir günahı yoxdur. Çünki oyun birbaşa yayımlanırdı. Bu isə sadəcə bir-iki saniyəlik interşum olub. Bunun qarşısını almaq mümkün olmayıb”. 

Xatırladaq ki, sentyabrın 11-də keçirilən oyunda millimizin futbolçularının bir-birini təhqir etməsi ilə video yayılmışdı. Həmçinin bu söyüşlər televiziya vasitəsi ilə də tamaşaçılara eşitdirilmişdi.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.