Davudoğludan sərt xəbərdarlıq
  • “Regional soyuq müharibə törətmək istəyənlər var” XİN-i Davudoğlunun İrana səfərindən öncə “Anadolu” agentliyinə verdiyi müsahibə yayımlanıb.

Əhməd Davudoğlu deyib ki, İranla Türkiyə arasında bəzən fikir ayrılıqları olsa belə, bunları danışaraq, həll etməyə çalışan diplomatiya ənənəsi mövcuddur. 

O qeyd edib ki, indiyə qədər heç bir məsələdə İranla kölgə oyunları oynamayıblar və bu səbəbdən də İranın başqa heç bir ölkə ilə imzalamadığı sənədi bizimlə imzalaması Tehranın Ankaraya etimadını göstərir. İranla Türkiyənin Suriya məsələsində fərqli fikirləri olduğunu söyləyən Əhməd Davudoğlu bunların da müzakirə ediləcək məsələlər olduğunu vurğulayıb. 

Əhməd Davudoğlu bölgədə məzhəb və regional qütbləşmələrə zəmin hazırlamaq istəyənlərin olduğunu dilə gətirib: “Açıq söyləyim, regional soyuq müharibə törətmək istəyənlər var. Biz isə bölgədə soyuq müharibəni əngəlləməkdə qərarlıyıq. Regional məzhəb gərginliyi bütün bölgə üçün intihar olar. Türkiyə Yaxın Şərq bölgəsində heç bir qütbləşmənin tərəfdarı deyil. Heç bir qütbləşmənin olmasını da istəmirik”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.