Metroda həyəcanlı dəqiqələr yaşanıb
  • Metroda qatar qəflətən tüstüləməyə başlayıb. Ötən gün günorta saatlarında metronun “Qara Qarayev” stansiyasında qəribə olay yaşanıb.

Qəflətən qatarın alt hissəsindən tüstü çıxıb və nəticədə maşinist sərnişinlərdən qatarı tərk etmələrini istəyib. Bir neçə həyəcanlı dəqiqədən sonra qatar boş vəziyyətdə “Bakmil”ə yollanıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov hadisənin baş verdiyini təsdiqləyib: “Qatarda kiçik nasazlıq yaranıb. Bu elementar bir təhlükəsizlik tədbiri idi. Heç bir narahatçılığa səbəb yoxdur. Qanuna görə, ən xırda bir narahatçılıqda belə biz sərnişinləri qatardan düşürüb yoxlama aparmalıyıq”.

Qeyd edək ki, bu metropolitendə baş verən ilk hadisə deyil. Bir neçə gün əvvəl “Neftçilər” stansiyasında oxşar hadisə yaşanıb. Lakin o zaman heç bir tüstü və ya digər hadisə qeydə alınmayıb.

(Lent.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.