Davudoğlu Rusiyaya gedib
  • Əhməd Davudoğlu Türkiyə-Rusiya Strateji Şurasının yüksək səviyyəli iclasında iştirak etmək məqsədi ilə yanvarda bu ölkəyə səfər edəcək.

Davudoğlu bəyan edib ki, o, Moskvada Rusiya rəhbərliyi ilə qarşılıqlı maraq doğuran dünya siyasəti, o cümlədən “ərəb baharı” fonunda Yaxın Şərqdəki vəziyyəti və İranın nüvə dosyesi məsələlərini müzakirə edəcək.

Türkiyəli nazir, həmçinin fevralın əvvəlində ABŞ Dövlət katibi Hillari Klintonun dəvəti ilə Vaşinqtona səfər etməyi planlaşdırdığı barədə məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd beynəlxalq siyasət üzrə kompleks məsələlərin müzakirə olunmasından ibarətdir. Davudoğlu yanvarda Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi planlarını da xatırladıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.