Vulf istefa verməyəcəyini bildirib
  • Jurnalisti təhdid etməkdə ittiham olunan Almaniya prezidenti Kristian Vulf istefa tələblərinə baxmayaraq istefa verməyəcəyini açıqlayıb.

Almaniya prezidenti jurnalisti hədələməsinin ciddi bir səhv olduğunu bildirib. Ucuz ev krediti və mətbuatı təhdid iddiaları ilə başı dərddə olan prezident Almaniyanın ARD və ZDF televiziyalarına açıqlama verib.

Qanunsuz bir iş görmədiyini bildirən Vulf "Vəzifəmi 5 il həyata keçirmək, sonda yaxşı və bacarıqlı prezident olduğumu göstərmək istəyirəm" deyib.

Prezident ucuz ev krediti almasını gizlədiyinə dair xəbərin yayımlanmaması üçün jurnalistə göndərdiyi təhdid mesajının isə ciddi bir səhv olduğunu söyləyib. Vulf bunun üçün üzr istədiyini və üzrünün qəbul edildiyini vurğulayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.