Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, qeydə alınan qəzaların əksəriyyəti və ölüm hadisələrinin hamısı respublikanın rayonlarında və iri magistrallarında qeydə alınıb.
K.Əliyevin sözlərinə görə, dekabrın 31-də 18 yol qəzası zamanı 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Yanvarın 1-də 9 hadisədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Yanvarın 2-də isə 15 yol qəzası baş verib, nəticədə 5 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Yanvarın 3-də 15 yol qəzasında 3 nəfər ölüb, 19 nəfər yaralanıb, yanvarın 4-də isə 11 yol qəzası zamanı 8 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
Bayram günlərində ölümlə nəticələnən ağır yol qəzaları Hacıqabul, Oğuz rayonlarında və Bakı-Şamaxı yolunda qeydə alınıb.
(Trend)