İran ayətullahı Azərbaycanı hədələdi
  • İranın nüfuzlu din xadimi ayətullah Məkarim Şirazi Qum şəhərindəki çıxışı zamanı Azərbaycanın ünvanına sərt ifadələr işlədib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, M. Şirazi iddia edib ki, hazırda Azərbaycanda, Bəhreyndə və Qatarda müsəlmanlar ciddi təzyiqlərə məruz qalır: “Azərbaycandan aldığımız mötəbər məlumatlara əsasən islam düşmənləri müsəlmanları zəiflətməkdə israrlıdırlar. İslam müxaliflərinin bir hissəsi sabiq sovet rejiminin məmurlarıdır. İslama qarşı müxalifətin bir səbəbi də budur”.

M. Şirazi qeyd edib ki, Azərbaycanda hicabla mübarizə, şiə alimlərinin həbsi, dini kitab çapının yasaqlanması halları intensivləşib: “Bilin ki, öz kökünüzə balta çalırsınız. Çünki dünya şiələri İmam Hüseyn məktəbində tərbiyə alıblar və diz çökəsi deyillər. Bu hədələr, qətllər onların etiqadını sarsıtmayacaq.

Bu yolun davam etdirilməsi yaxşı nəticə verməyəcək. Azərbaycan, Bəhreyn, Hicaz şiələri susmayacaq. Dünya müsəlmanları onlarla həmrəydir. Bəzi ölkələrin siyasətçiləri din alimlərinin fikirlərini onların daxili işinə qarışmaq kimi qiymətləndirirlər. Amma bu, həqiqətdən uzaqdır. Din alimləri üçün sərhəd anlayışı yoxdur. Onların fəaliyyəti zaman və məkanla məhdudlaşmır”.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.