11 yaşlı qız 8 aylıq hamilə qalıb
  • Türkiyədə 11 yaşlı qızcığaz 8 aylıq hamilə kimi xəstəxanaya gəlincə, onu görənləri təəccübləndirdi. 11 yaşlı hamilə qızcığazın evli olduğu da məlum olub.

FOXnews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Boluda 11 yaşlı Z.Ç adlı qız (azyaşlı olduğu üçün adı tam verilməyib) özünü pis hiss etdiyi üçün xəstəxanaya qaldırılıb. Həkim qızın 8 aylıq hamilə olduğuna görə Bolu Qadın və Uşaq xəstəxanasına göndərib.

11 yaşlı qızın şəxsiyyət vəsiqəsinə baxınca evli olduğu da məlum olub.

Həyat yoldaşı ilə bərabər xəstəxanaya gətirilən Z.Ç hazırda həkim nəzarətində olsa da, həyat yoldaşı xanımının xəstəxanada qalmasını qəbul etməyib. Həkimlər 11 yaşlı hamilə gəlinə sənəd imzalatdıqdan sonra evə göndəriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.