Tanınmış estrada müğənnisi Röya Ayxan Türkiyənin İstanbul şəhərindədir.
Prodüseri Kənan Bayramovla birlikdə qardaş ölkədə səfərdə olan müğənninin sırf yaradıcılıq layihəsi gerçəkləşdirməsi məqsədi ilə İstanbulda olduğu deyilir. Onun yeni mahnılarından birinə klip çəkmək istəyi də gizli saxlanılmır.
Maraqlısı odur ki, Röya bu dəfə mediaya xəbər etmədən səfərini həyata keçirib. Onun Bakıya nə zaman qayıdacağı açıqlanmır.
Samirə Salahova